EN

Onlar da doğma yurdlarına qaydırılar – FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, löç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə isə 26 ailə - 89 nəfər köçürülüb. 
 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. 


Doğma yurda qayıdan Kolatağ kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.




Bizim.Media, Qarabağ bürosu

Chosen
64
50
bizim.media

10Sources