EN

Lənkəranda çay fabrikində BƏDBƏXT HADİSƏ

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən çay fabrikində əməkdaşı iş zamanı xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq yaralanıb. 

O, təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
80
14
bizim.media

10Sources