EN

Ukrayna Kursku vurdu: 1 ölü, 10 yaralı

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avqustun 15-i gecə saatlarında Kursk vilayətinə PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, PUA-nın yaşayış binasına çırpılması nəticəsində yanğın başlayıb:

“45 yaşlı qadın həlak olub, daha on nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Digər sakinlər təhlükəsiz yerlərə təxliyə olunub”.

Xinşteyn bildirib ki, zərbələr nəticəsində 11 ev və 3 sosial obyektə ciddi ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
14
axar.az

10Sources