EN

“Premyer Liqa dünyanın ən çətin turniridir”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Liverpul”un futbolçusu Aleksis Makallister açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “The Players Tribune”yə danışan yarımmüdafiəçi Premyer Liqadakı çempionluq yarışından söz açıb:

“Premyer Liqa dünyanın ən çətin turniridir. Bunu qazanmaq Çempionlar Liqasında qalib olmaqdan daha çətindir. Yarış 9 ay davam edir. Fiziki, mental yorğunluqlar qaçılmaz olur. Bu, sadəcə ölüm deməkdir.

Məsələn, Məhəmməd Salaha baxın. Burda uzun illər zirvədə qalmaq üçün nələr edir, nə qədər çalışır. Premyer Liqa dünyanın ən çətin liqasıdır”.

Premyer Liqada 2025/26 mövsümü bu gün başlayacaq. Açılış oyununda son çempion “Liverpul” “Bornmut”u qəbul edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
14
futbolpress.az

10Sources