EN

Beyləqanda üçaylıq körpə qızdırmadan öldü

Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avqustun 10-da saat 03:50-də 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib:

"Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra, ambulator müayinə üçün evə buraxılıb. Eyni gündə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, ölümün səbəbi patoloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır"./Oxu.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
95
10
sitat.info

10Sources