EN

Balakəndə Respublika Şahmat Olimpiadası keçirilib - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib. 

Apasport.az xəbər verir ki, 11 turdan ibarət turnirdə A və B qruplarında ümumilikdə Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı mübarizə aparıb. 

Müxtəlif kateqoriyalarda Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub. 

3 və 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası A və B qruplarında qalib adını qazanıb. Gəncə və Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin komandası ikinci, Beyləqanla Şəki Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi isə üçüncü yerdə qərarlaşıb. 

Qeyd edək ki, reqlamentə əsasən A qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırovla Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa Çempionatına ezam olunacaq.

Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO

“Vugar Gashimov Open 2025" turnirinə yekun vurulub - FOTO

“Vugar Gashimov Open 2025”də mübarizə davam edir

Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

“Guba Open”in qalibi bəlli olub

Chosen
74
29
apasport.az

10Sources