EN

Otuz altı rayon və şəhərdə narkotik vasitə məhv edildi

Hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 36 rayon və şəhərdə 1436 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, ümumi çəkisi 37 kq 723,8 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr, 4 kapsul güclü təsir edən maddə və 256 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.

Chosen
1
5
teleqraf.com

7Sources