EN

Putin və Tramp Zəngəzur dəhlizinə nəzarəti MÜZAKİRƏ EDƏCƏK

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Alyaskada görüş zamanı Ermənistan və Azərbaycan əraziləri arasında nəqliyyat marşrutu olan Zəngəzur dəhlizinə nəzarət məsələsini müzakirə edə bilərlər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikri TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.

Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma  haqqında birgə bəyannamə imzalayıblar. Nəqliyyat dəhlizi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanacaq. Ermənistan ABŞ-yə bu dəhlizi idarə etmək hüququnu 99 il müddətinə verib.

"Rusiya Federasiyası və ABŞ prezidentlərinin ikitərəfli görüşündə Zəngəzur dəhlizinə nəzarət məsələsinə də baxılacaq", - agentliyin mənbəsi bildirib.

Chosen
36
7
cebheinfo.az

9Sources