EN

Narkomanların QİÇS-ə yoluxması azalıb

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 291, QİÇS-lə Mübarizə Mərkəzində 336, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 763 xəstə müalicə alır.

Bakues.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2025-ci ilin iyul ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 35 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Chosen
71
5
icma.az

6Sources