Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri50 514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4 935,6 manatolub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü iləmüqayisədə 7,2 faiz çoxdur.
Əhalinin sərəncamında qalan gəlirləri 44264,5 milyon manattəşkil edib.