EN

Naxçıvandakı qəzada ölən Zamanovlardan biri vəzifəli şəxsidir, eyni soyadı daşısalar da... - TƏFƏRRÜAT

BAKI, 15 avqust. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qahab kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbər görə, qəzada həyatını itirmiş Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan şəhəri Maliyyə İdarəsində xəzinə əməliyyatı sektorunun müdiri vəzifəsində çalışıb.

Ailəli olan Möhlət Zamanovun iki azyaşlı övladı qalıb. Uşaqlardan biri bu il 2-ci sinifə gedəcək. Möhlət Zamanov bu gün torpağa tapşırılacaq.

Hadisə zamanı vəfat edən Mənsur Mərdan oğlu Zamanov, həmçinin ağır bədən xəsarətləri alan Şöhrət Aydın oğlu Zamanov Möhlət Zamanovun qohumu olmayıb.

Soyadları eyni olsa da, onların biri-biri ilə qohumluq əlaqəsi yoxdur.

Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi bu gün gecə saatlarında hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

33 yaşlı Möhlət Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Babək rayon Qahab kənd sakini, Möhlət Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Zamanov hadisə yerində dünyasını dəyişiblər.

Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Chosen
69
teleqraf.com

1Sources