EN

Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 50 milyard 514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 935,6 manat olub.

Bu barədə FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 44 milyon 264,5 milyon manat təşkil edib.

Chosen
51
5
fed.az

10Sources