EN

Milli valyutada qoyulmuş əmanətlərin məbləği artıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 15 avqust, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 2025-ci il iyul ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 437 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 67,7 faizi milli, 32,3 faizi xarici valyutada qoyulub. Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,8 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
8
azertag.az

9Sources