EN

Bank və digər kredit təşkilatlarının kredit portfeli artıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, milli valyuta ekvivalentində 30231,8 milyon manata çatıb.Reyting.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, ümumi kredit portfelinin 25322,6 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,8 faiz artaraq 527,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
140
9
reyting.az

10Sources