EN

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə qazın ötürülməsi azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tbilisi-Ərzurum CənubiQafqaz boru kəməri vasitəsilə 13,2 milyard kubmetr qazötürülüb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 206,1 milyon kubmetr və ya 1,5% azdır.

Ümumilikdə isə bu ilin yanvar-iyul ayları ərzində magistral qazkəmərləri ilə 23,4 milyard kubmetr qaz nəql edilib.

Qazın nəqlinin 56,4 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqazboru kəməri vasitəsilə həyata keçirilib.

Chosen
32
1
az.trend.az

2Sources