Məktəbə hazırlıq müddətində, uşaqların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi çox önəmlidir. Bu səbəbdən, məktəbə başlamadan əvvəl tibbi müayinənin aparılması vacibdir.
Bu sözlÉ™ri AzEdu.az-a açıqlamasında pediatr ŞəlalÉ™ Pluxova söylÉ™yib.Â
O qeyd edib ki, uşaqların məktəbə başlamazdan əvvəl tibbi müayinədən keçirilməsi, onların fiziki, psixoloji və sosial inkişaflarını dəstəkləyir:
"Belə müayinələr uşaqların sağlamlıq problemlərini aşkar etmək, erkən mərhələdə qarşısını almaq və məktəbdə təhlükəsiz bir mühitin təmin edilməsi üçün əhəmiyyətlidir. Uşaqların ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək, onların fiziki inkişafını izləmək və hər hansı bir xəstəlik və ya anadangəlmə inkişaf qüsurlarini erkən mərhələdə aşkar etmək müayinənin əsas məqsədidir. Bu, uşağın məktəb həyatında fiziki cəhətdən aktiv ola bilməsi üçün vacibdir".
Görmə və eşitmə problemləri dərs materiallarını anlamada çətinliklər yarada bilər və uşağın sosial inkişafını ləngidə bilər
"Digər önəmli məqam peyvənd statusunun yoxlanılmasıdir. Məktəbə başlamadan əvvəl, uşağın peyvənd təqviminə uyğun vaksinlerinin olub-olmaması yoxlanılmalıdır. Peyvəndlər, uşağın qarşısı alına bilən müxtəlif infeksiyalardan qorunması üçün həyati əhəmiyyət daşıyır. Uşaqların ən son peyvəndlərini vaxtında alması, məktəbdəki digər uşaqlar və cəmiyyət üçün təhlükəsizliyi təmin edir. Həmçinin usaqların görmə və eşitmə qabiliyyətinin düzgün işləməsi məktəbə başlamaq üçün vacibdir. Görmə və eşitmə problemləri dərs materiallarını anlamada çətinliklər yarada bilər və uşağın sosial inkişafını ləngidə bilər. Müayinələr, bu kimi problemləri vaxtında aşkar etməyə imkan verir".
Məktəbə başlamadan əvvəl, uşaqların emosional və davranışsal vəziyyəti də qiymətləndirilməlidir
"UÅŸaqların boyu, çəkisi vÉ™ digÉ™r fiziki parametrlÉ™ri izlÉ™nmÉ™li vÉ™ inkiÅŸafları normaya uyÄŸun olmalıdır. HÉ™r hansı bir inkiÅŸaf problemi olduÄŸu halda, erkÉ™n müdaxilÉ™ edilÉ™ bilÉ™r.Â
Məktəbə başlamadan əvvəl, uşaqların emosional və davranışsal vəziyyəti də qiymətləndirilməlidir. Stress, narahatlıq, hiperaktivlik kimi psixoloji məsələlər məktəb həyatında problem yarada bilər. Bu səbəbdən, psixoloji dəstək və yönləndirmə vacibdir.
Uşaqların məktəbə başlamazdan əvvəl tibbi müayinədən keçirilməsi, onların fiziki, psixoloji və sosial inkişaflarını dəstəkləyir. Hər bir valideyn, uşağının sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək və məktəb həyatına hazırlıqlı olmasını təmin etmək məqsədilə mütləq tibbi müayinə prosesindən keçməlidir. Bu, həm uşağın sağlamlığının qorunması, həm də məktəbdə daha sağlam və uğurlu bir təhsil həyatına başlamasına imkan verir".