EN

Yerli pivəmiz “Xırdalan Premium Draft” beynəlxalq mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın №1 pivə brendi Xırdalanın premium məhsulu olan“Xırdalan Premium Draft” Beynəlxalq Dad İnstitutu tərəfindən “ÜstünDad Mükafatı”na layiq görülüb.

Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Dad İnstitutuInternational Taste Institutehazırda dünyanın müxtəlif yerlərində olan nüfuzlu kulinariyainstitutlarından 250-dən çox aşpaz və sommelier ilə əməkdaşlıqedir. “Üstün Dad Mükafatı” (“Superior Taste Award”) qida və içkisənayesində dünya miqyasında tanınan bir mükafatdır. Bu mükafat,kor dadım əsasında, qablaşdırma və brend məlumatı olmadanqiymətləndirilən məhsulların görünüş, ətir, dad, tekstura və dadınqalıcılığı kimi beş əsas meyar üzrə yüksək keyfiyyət nümayişetdirməsinə görə verilir.

Yerli arpadan hazırlanan “Xırdalan Premium Draft” – pasterizəolunmuş, konservantsız pivədir. Özəl soyuq bişim texnologiyası iləmayaotu qoxulu lager pivəsi yumşaq və təkrarolunmaz dada malikdir.Azərbaycanda pivə həvəskarları arasında da sevilən “Xırdalan DraftPremium”un mükafatlandırılması onu dünyaya tanıdan təmiz dadınınınvə keyfiyyətinin göstəricisidir.

Carlsberg Azerbaijan şirkətinin baş pivəbişirəni PərvizBağırov istehsal etdikləri pivənin beynəlxalq səviyyədəmükafatlandırılmasından qürur duyduqlarını diqqətə çatdırıb:“Ötən ilin əsas yeniliyi olan “Xırdalan Premium Draft”istehlakçılar arasında dərhal böyük marağa səbəb oldu. Qısa zamanərzində böyük rəğbət qazandığı üçün məhsulu dünyanın ən nüfüzlü vətanınmış müsabiqələrindən olan Beynəlxalq Dad İnstitutunagöndərdik. Qürurverici haldır ki, ölkəmizdə yetişdirilən arpadanbişirilən “Xırdalan Premium Draft” Azərbaycan pivəsi beynəlxalqsəviyyədə mükafata layiq görüldü”.

Qeyd edək ki, Xırdalan pivəsinin istehsalçısı CarlsbergAzerbaijan şirkəti 2021-ci ildən pivə istehsalında yerli arpadanistifadə edir.

Şirkət haqqında məlumat:

"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanınpaytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərindəyerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə230-dan çox əməkdaş işləyir və əlaqəli sahələrdə (təchizatçılar,pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeriyaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyalarınümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə"Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664","Əfsanə" kimi məşhur markalar daxildir.

Yerli
Yerli
Chosen
11
2
az.trend.az

2Sources