EN

Gəncədə qurumuş ağacların elektron nişanlanmasına start verildi (FOTO)

Bakı.Trend:

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildənömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncəşəhərindən başlanılıb.

Trend xəbərverir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatkatibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiyaSisteminin (REİS) tərkib hissəsi olaraq artıq həyata keçirilir,lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfəpilot layihə olaraq Gəncədə tətbiq olunur.

İ.İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QRkod yerləşdirilib və hər bir ağac haqqında məlumatı www.agac.azsaytında ictimaiyyətə açıq şəkildə təqdim olunur.

“Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekolojitarazlığını bərpa etmək və payız mövsümündə yeni ağaclarınəkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm dəictimai nəzarəti təmin edir. Layihənin əsas məqsədi də şəhərdə vəümumilikdə ölkə ərazisində ağacların mühafizəsini təmin etmək,şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir”.

İ.İbrahimova onu da qeyd edib ki, bu pilot layihə ağaclarınmühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digərşəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.

Gəncədə
Gəncədə
Chosen
59
12
az.trend.az

10Sources