Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.
Zərərçəkmişlərin bəziləri metal ticarəti qurmaq, bəziləri isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərin bəlli yaşayış yerləri olması, ziyanın bir qisminin ödənilməsi nəzərə alınaraq barələrində həbs deyil, polis nəzarəti qaydasında qətimkan tədbiri seçilib.
10Sources
-
news24.azAzərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq ( 20377284)
-
hit.azAzərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq ( 20380260)
-
demokrat.azAzərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq ( 20380182)
-
moderator.azAzərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq ( 20380020)
-
publika.azAzərbaycanda qardaşlardan yarım milyonluq ( 20380041)
-
referans.azAzərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq… ( 20379090)
-
pravda.azİki qardaşdan 600 minlik dələduzluq - Pulları necə ələ keçiriblər? ( 20378133)
-
sitat.infoAzərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq ( 20377203)
-
sonxeber.azAzərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq ( 20377092)
-
cebheinfo.azAzərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq ( 20375847)