EN

ABŞ dən xəbərdarlıq: “Hücum edərsə, qoruya bilmərik”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Suriya hökuməti ilə terror təşkilatı PKK-nın Suriya qolu olan SDQ arasındakı gərginlik artar.

ABŞ rəsmilərinin SDQ-yə 10 mart razılaşmasına əməl olunmaması halında, hökumət hərbi əməliyyata başlamaq qərarı verərsə, beynəlxalq koalisiyanın onları qoruya bilməyəcəyi barədə xəbərdarlıq etdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Middle East Eye”-nin xəbərinə görə, mümkün bir əməliyyat zamanı Türkiyə SDQ-yə qarşı birbaşa müdaxilə etməsə də, Ankara Suriya ordusu tərəfindən həyata keçiriləcək məhdud əməliyyata dolayı yolla dəstək verə bilər.

Rəsmilər, həmçinin Türkiyə tərəfi ilə görüşlər keçirən ABŞ-nin Ankaradakı səfiri Tom Barrakın Türkiyədən SDQ ilə diplomatik səylər və danışıqlar üçün əlavə vaxt tələb etdiyini qeyd ediblər.

İyul ayında yayımlanan xəbərdə türk və amerikalı rəsmilərin SDQ üzvləri ilə keçirdikləri bir görüşdə, onların Şama qoşulma prosesini sürətləndirmələri üçün 30 günlük müddət verdiyi bildirilmişdi.

Bu müddətin yaxın günlərdə başa çatacağı qeyd olunur. Digər tərəfdən, Syria TV-nin məlumatına görə, dünən Deyr əz-Zor vilayətinin şərqində də SDQ ilə tayfa döyüşçüləri arasında toqquşmalar baş verib. Xəbərdə toqquşmanın Fərat çayı sahilində yerləşən SDQ döyüşçülərinin Deyr əz-Zorda Suriya hökumətinə aid bir mövqeyə hücum etməsi ilə başladığı, dörd SDQ üzvünün əsir alındığı bildirilib.

Nigar Hacılı

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
cebheinfo.az

2Sources