EN

Qazax rayonunda baş verən yanğın söndürülüb

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verib.

Bu barədə Operativ Media-ya FHN-nin mətbuat xidməti məlumat verib.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Chosen
22
10
operativmedia.az

10Sources