EN

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 862 kiloqram qızıl istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 614,5 kiloqram və ya 49,2% artıb. Ötən ilin ilk yeddi ayında Azərbaycanda 1 248 kiloqram qızıl istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin avqust ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram olub.

Eyni zamanda, bu ilin yanvar-iyul aylarında ölkədə 2 533 kq gümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 626,7 kq və ya 32,9% artım deməkdir.

Bu ilin avqust ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 577,3 kiloqram olub.

AzPost.az

Chosen
40
50
azpost.info

10Sources