EN

Ərindən danışan Xalq artisti kövrəldi - VİDEO

"Hələ məni sentyabrda görəcəksiniz. Qolum açılacaq, füqan edəcəm. Səhnədə oynaya bilmədiyim rolları oynayacağam".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Xəzər axşamı" verilişində deyib.

Səhhətində problem olan aktrisa mərhum əri Tofiq Qarayevdən danışarkən kövrəlib: 

"Aygün Bəylər bir dəfə "Nigaranam" oxudu, hönkür-hönkür ağladım. Baxdım ki, mənə aiddir. Mənin ailə sarıdan bəxtim gətirmədi. Ərim böyük sənətkar idi. Amma ömür boyu ondan nigaran qaldım: hara getdi, başına nə iş gəldi... Bu gün də həmin mahnı oxunanda elə bilirəm odur".

"Cebheinfo.az" 

Chosen
28
8
cebheinfo.az

9Sources