EN

Böyük Qayıdış: Ağdərənin Vəngli kəndi 83 sakini qoynuna alıb YENİLƏNİB

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağdərə, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün ilk köç karvanı ilə Ağdərənin Vəngli kəndinə köçürülən 83 nəfərdən ibarət 22 ailə evlərinə yerləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri qarşılayıblar.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iştirakı ilə ailələrə evlərinin açarları təqdim edilib.

15:39

Ölkənin müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 22 ailə olmaqla, 83 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
azertag.az

10Sources