EN

Xankəndi yolunda qəzada xəsarət alan PFL əməkdaşları Bakıya yola salınıblar - YENİLƏNİB

Xankəndi

Bakı, 16 dekabr, AZƏRTAC

Bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralılar Bərdə xəstəxanasına gətirilib. Onlardan 4-nün vəziyyəti ağırdır. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar Bakıya yola salınıblar.

12:14

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

Chosen
177
4
azertag.az

7Sources