EN

“Putin çox ağıllı oğlandır, mənimlə görüşə onları gətirib"

Rusiya prezidenti Vladimir Putin ağıllıdır, Rusiya və ABŞ bir-birinə yüksək səviyyədə hörmət bəsləyir.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Alyakskaya səfəri çərçivəsində jurnalistlərə deyib.

“Putin çox ağıllı oğlandır, biz anlaşırıq. Tərəflər arasında yüksək səviyyədə qarşılıqlı hörmət var. Düşünürəm ki, bu görüşdən nəsə çıxacaq”, - Ağ Ev rəhbəri bildirib.

Tramp Putinin onunla görüşə “çoxlu iş adamı” gətirdiyinə diqqət çəkib. Amerika lideri bunun xoşuna gəldiyini vurğulayıb.

Chosen
1
publika.az

1Sources