EN

Qazaxda 80 hektar ərazi yanıb

Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub...

Poliqon xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 80 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

Poliqon.info

Chosen
18
18
poliqon.info

10Sources