EN

"Napoli"nin lideri zədələndi

İtaliya çempionu "Napoli"nin heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Romelu Lukaku sıradan çıxıb.

Belçikalı futbolçu "Olimpiakos"la yoxlama matçında ayaq əzələsindən zədələnib. 32 yaşlı forvard A Seriyasının ilk turunun "Sassuolo" ilə oyununda iştirak etməyəcək. Onun zədəsi daha uzun müddət də davam edə bilər.

Qeyd edək ki, Romelu Lukaku ötən mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
8
1
sportal.az

2Sources