EN

Pakistanda helikopter qəzası: ölənlər var

Pakistanda daşqından əziyyət çəkən bölgəyə xilasetmə işləri aparmaq üçün ezam olunan heyət helikopter qəzasına düşüb.

Axar.az “Röyters“ə istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 5 nəfərin hamısı həyatını itirib.

Hadisə ölkənin Hayber-Paxtunxva vilayətində baş verib.

Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

Chosen
34
12
axar.az

10Sources