EN

Şəhid mayorun anası vəfat etdi

19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Modern.az xəbər verir ki, mərhumun Bakının Hövsan qəsəbəsində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.
Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib və Ali Baş Komandan tərəfindən bir çox yüksək dərəcəli medallarla təltif edilib.

Allah rəhmət eləsin! 

Chosen
21
18
modern.az

10Sources