EN

Keçmiş məcburi köçkün: Ağdərənin havası, suyu, torpağı üçün çox darıxmışdım

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdərə, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Doğma rayonum olan Ağdərənin havası, suyu, torpağı üçün çox darıxmışdım. Şükür bu günə, yenə bu torpaqdayıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Həcər Tahirova deyib.

Həcər xanım bildirib ki, doğma torpaqlardan didərgin düşdükdən sonra ölkənin müxtəlif bölgələrində çətin şəraitdə yaşayıb.

O, 34 yaşında üç azyaşlı övladı ilə tərk etdiyi torpaqlara indi nəvələri ilə qayıdıb. “Artıq evimizə qayıtmışıq. Burada bizim üçün hər cür şərait yaradıb. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizdən çox razıyam”, - deyə keçmiş məcburi köçkün bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
3
azertag.az

4Sources