EN

Yasamalda narkokuryerlik edən iki qardaş saxlanıldı -VİDEO

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı - 33 yaşlı İlkin Əliyev saxlanılıblar.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

 

Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

 

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Chosen
17
41
senzor.az

10Sources