EN

Tramp gələcəkdə Lukaşenko ilə görüşməyi gözlədiyini bildirib

Tramp

ABŞ prezidenti Donald Trump, gələcəkdə Belarusiya Prezidenti Aleksandr Lukaşenko ilə görüşmək ümidində olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

ABŞ və Belarus liderləri Trampın Rusiya prezidenti Vladimir Putinlə sammit keçirəcəyi Ankoricə (Alyaska) uçuşu zamanı söhbət ediblər. Tramp söhbəti “çox yaxşı” adlandırıb. "Mən gələcəkdə prezident Lukaşenko ilə görüşü səbirsizliklə gözləyirəm", – deyə Ağ Ev rəhbəri qeyd edib.

Məryəm Quliyeva

Chosen
4
1
xalqcebhesi.az

2Sources