EN

Alyaskadakı görüşdə ABŞ-ı kimlər təmsil edəcək?

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün Alyaskadakı görüşündə danışıqlar aparacaq Amerika nümayəndə heyətinin tərkibi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Ev bildirib.

Amerika tərəfini görüşdə ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Xəzinədarlıq katibi Scott Bessent,Ticarət katibi Hovard Lutnik, CIA direktoru Con Ratcliffe təmsil edəcək. ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor Stiven Çun, Ağ Evin mətbuat katibi Karolin Levitt və ABŞ Prezidentinin köməkçisi Nik Luna da Ankoricə gedir.

Chosen
19
6
publika.az

7Sources