EN

Türkiyədə narkotik maddələrin dövriyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib

Bakı. Trend:

Türkiyədə narkotik maddələrin dövriyəsinə qarşı genişmiqyaslıəməliyyat həyata keçirilib. Son 2 həftə ərzində ölkənin 73vilayətində aparılan əməliyyatlarda 1695 şübhəli saxlanılıb.

Trend-inxəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri AliYerlikaya məlumat verib.

Nazir bildirib ki, əməliyyatlarda 479 növ narkotik maddə və 783min 80 ədəd narkotik tərkibli həbb ələ keçirilib.

Chosen
48
9
az.trend.az

10Sources