EN

“Apple Watch” vacib funksiyanı qaytarır

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Apple” qanın oksigenlə doymasının ölçmə funksiyasını öz smart saatına qaytaracaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin əvvəlində İT nəhəngi ABŞ-də satılan “Apple Watch”da qanın oksigenlə doyma ölçmə funksiyasını söndürüb. Səbəb isə “Masimo” şirkətinin patentinin pozulması olub.

Qeyd edilib ki, 18 ay sonra şirkət cihaza vacib funksiyanı qaytardığını elan edib.

“Apple iPhone” və “Apple Watch” üçün proqram yeniləməsində ABŞ-dəki bəzi “Apple Watch” istifadəçiləri üçün yenilənmiş qan oksigen funksiyasını təqdim edəcək”, - korporasiya bildirib.

Yeniləmə artıq yükləmək üçün əlçatan olub. Yeniləmə quraşdırıldıqdan sonra funksiya ABŞ bazarı üçün buraxılmış “Apple Watch 9, 10 və Ultra 2” modellərində işləməyə başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
4
yeniavaz.com

5Sources