Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampı Cənubi Qafqazda sülhün əldə olunması üzrə yaxşı işinə görə təbrik edib.
Redaktor.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Onun sözlərinə görə, ölkə liderləri İran və Yaxın Şərqi də müzakirə ediblər:
"Lukaşenko əmindir ki, bu məsələlərdə də irəliləyiş əldə olunacaq".