EN

Antonio Lara “Şamaxı”da

Qətərin “Əl-Bidda” klubunun braziliyalı mərkəz müdafiəçisi Antonio Lara bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanıb. O, Azərbaycan klubuna azad agent kimi qoşulub.

Antonio Lara Braziliyanın “Araksa” klubunun yetirməsidir. Ölkəsində “Ponte Preta”, “Rio Klaro”, “Santarritense”, “Moto Klub” kimi klublarda da oynamış futbolçu sonralar Portuqaliyanın “Prayense”, Litvanın “Banqa” komandasında legioner həyatı yaşayıb. Bu ilin yanvarında “Əl-Bidda”ya keçmiş futbolçu sözügedən komandanın heyətində cəmi 8 matça çıxıb, 1 qola imza atıb. O, Qətər klubundan bu yay azad agent kimi ayrılmışdı.

“Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov və Sənan Muradlını da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar.

Kamal Bayramov (karyerasını başa vurub), Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov, Səbayıl Bağırov və Sahib Həsənov isə komandanı tərk ediblər.

Chosen
104
arena.az

1Sources