EN

Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub. 

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Hurriyyet.az

Chosen
65
30
hurriyyet.az

10Sources