EN

Tramp: Putinlə Alyaskadakı danışıqların müsbət nəticələnəcəyini gözləyirəm

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının “çox yaxşı” keçəcəyinə əmindir.

Operativ Media xəbər verir ki, bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində deyib.

"Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Düşünürəm ki, bu, çox yaxşı nəticələnəcək", - Tramp deyib.

Eyni zamanda, o qeyd edib ki, indiki Rusiya-Amerika sammiti uğurlu alınmasa, tez bir zamanda Vaşinqtona qayıdacaq.

Chosen
6
4
operativmedia.az

7Sources