EN

Putin-Tramp görüşünün formatı dəyişdirildi

  Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüş əvvəlcədən planlaşdırıldığı kimi təkbətək deyil, nazirlərin iştirakı ilə üçə-üç formatda olacaq.

Referans xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən xəbər yayıb.

Məlumata görə, Trampa dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff da qoşulacaq.

Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ nümayəndə heyətləri Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparacaq. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov əvvəlcə görüşün Moskva vaxtı ilə saat 22:30-da, tərcüməçilərin iştirakı ilə təkbətək formatda başlayacağını bildirsə də, Ağ Ev görüşün saat 22:00-da başlayacağına aydınlıq gətirib.  

Chosen
45
50
referans.az

10Sources