EN

"Liverpul" 18 yaşlı müdafiəçini transfer edib

İngiltərənin "Liverpul" futbol klubu Covanni Leoni transferini rəsmiləşdirib.

Trend-in məlumatına görə, bu keçid üçün “Parma” klubuna 35 milyon avro ödənilib.

Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Leoni “qırmızılar”da 15 nömrəli formanı geyinəcək. Gənc istedadla “İnter”, “Milan”, “Mançester Yunayted” və “Nyukasl” da maraqlanırdı.

Xatırladaq ki, Covanni ötən mövsümdə A Seriyasında keçirdiyi 17 oyunda bir qol vurub.
Chosen
38
1
sherg.az

2Sources