EN

Neymarın Əl Hilal macərası: 190 milyon avroya 1 qol

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulduz futbolçu Neymarın "Əl-Hilal"a transfer olmasından 2 il ötür.

Fanat.Az xəbər verir ki, futbolçunun “Əl-Hilal” karyerası gözlənilən kimi alınmayıb.

İki il əvvəl Səudiyyə Ərəbistanı klubuna 90 milyon avro qarşılığında transfer olunan futbolçu illik 100 milyon avro maaş qazanırdı. Lakin bu müddətdə Neymar cəmi 7 oyuna çıxıb və yalnız 1 qol vurub.

Ulduz futbolçu zədələr və formadan uzaq qalması səbəbindən tez-tez tənqid olunur. İdman ictimaiyyəti belə göstəricilərin, ödənilən məbləğlə müqayisədə, olduqca zəif olduğunu vurğulayır.

Qeyd edək ki, 33 yaşlı braziliyalı hazırda ölkəsində "Santos" forması altında çıxış etməkdədir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
fanat.az

2Sources