EN

"Sabah Avropada gün erkən başlayacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş barədə paylaşdığı video müraciətdə fikirlərini bölüşüb.


Manset.az-ın məlumatına görə, Zelenski bildirib ki, ABŞ-a güvənirlər və "Hər kəsin müharibənin ədalətli şəkildə başa çatmasına ehtiyacı var. Ukrayna bu prosesi məhsuldar şəkildə dəstəkləməyə hazırdır və Amerikanın qətiyyətli mövqeyinə inanırıq", – deyə qeyd edib.

Rusiya bu müharibəni dayandırmalıdır, deyən Zelenski əlavə edib

"Alyaska ilə saat fərqimiz 11-dir. Bu səbəbdən sabah Avropadakı hər kəs üçün gün erkən başlayacaq. Görüşlərə hazırlaşırıq."

O, sülhün bərqərar olması üçün liderlər arasında birbaşa görüşün vacibliyini, o cümlədən Ukrayna, ABŞ və Rusiya formatında danışıqların effektiv ola biləcəyini vurğulayıb. Təhlükəsizlik zəmanətləri və davamlı sülh onun sözlərinə görə, əsas şərtlərdəndir.

Chosen
19
1
manset.az

2Sources