EN

"Xiaomi" böyük batareyaya malik Redmi smartfonunu təqdim edib

Bakı. Trend:

"Xiaomi" şirkəti böyük batareyalı Redmi 15 5G smartfonununqlobal versiyasını təqdim edib.

Trend-in məlumatına görə, bu barədə "NotebookCheck" portalıxəbər verib.

Smartfon Full HD+ təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinəmalik 6,9 düymlük IPS displey, 5G dəstəyi ilə Qualcomm Snapdragon6s Gen 3 çipi, 4-8 GB LPDDR4x operativ yaddaş və 128 və ya 256 GBUFS 2.2 daxili yaddaşı əldə edib.

Redmi 15 5G-nin beynəlxalq bazarda əsas məqamı onun 33 Vtsürətli şarj dəstəyi ilə 7000 mAh batareyası olacaq. Digərparametrlər arasında 50 MP təsvir ölçülü əsas kameranın və 8 MP önkameranın olması, IP64 standartına uyğun olaraq korpusun nəm vətozdan qorunması qeyd olunub.

Chosen
64
2
az.trend.az

4Sources