EN

Azərbaycanda yeni sezon 1:1-lə başladı - VİDEO

Premyer Liqada fasilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, 81 günlük fasilədən sonra 2025/2026 mövsümünə start verilib.

Yeni futbol ilinin açılış oyunu Şamaxı şəhər stadionunda keçirilib. Burada "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edib.

Yevlax şəhər stadionu təmirdə olduğu üçün görüş burada baş tutub. İndiyədək Premyer Liqada üz-üzə gəlməyən komandaların görüşünü FIFA referisi Əliyar Ağayev idarə edib.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Komandalar fasilədən sonra hərəyə bir dəfə fərqləniblər.

“Karvan-Yevlax” – “Qəbələ” 1:1
Qollar:
Murad Musayev, 78 (öz qapısına) - Domi Massumo, 54

Chosen
27
sportinfo.az

1Sources