EN

Arteta: Mançesterə qələbə dalınca yollanacağıq

BAKI, 16 avqust. TELEQRAF

“Mövsümə çox böyük tarixə malik stadionda başlayacağıq. Əla start olacaq”.

Teleqraf xəbər verir ki, bunu “Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının yeni mövsümünün “Mançester Yunayted”lə ilk turunun oyunu öncəsi deyib.

Arteta bildirib: “Çətin səfər oyununa yaxşı hazırlaşmışıq. Mançesterə qələbə dalınca yollanacağıq. Rəqib də çox yaxşı komandadır. Baş məşqçinin yaxşı hazırlıq keçmək üçün xeyli vaxtı var idi. “Mançester Yunayted” uğurlu transferlər edib. Onların keçən ildən daha yaxşı olacaqlarını düşünürəm”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Arsenal” matçı avqustun 17-də “Old Trafford” stadionunda Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Chosen
98
14
teleqraf.com

10Sources