EN

Putin və Tramp danışıqlardan sonra media üçün açıqlama veriblər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlardan sonra mətbuat qarşısına çıxıblar.

ABŞ prezidenti Donald Trampla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin keçirdikləri mətbuat konfransında çıxış edib.

İlk olaraq Putin, Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib.

Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.

O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.

Bundan başqa Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini deyib.

“Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir.”

Bunu Rusiya prezidenti ilə görüşdən sonra mətbuat konfransında çıxış edən ABŞ prezidenti Donald Tramp deyib.

Tramp Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.

Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.

Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.

Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.

Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb.

AzPost.az

Chosen
29
50
azpost.info

10Sources