BAKI, 16 avqust. TELEQRAF
Xırdalan şəhərinin Süleyman Rüstəm küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində hər mərtəbəsi 90 m² olan ikimərtəbəli fərdi yaşayış evinin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.