ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski və digər NATO liderləri ilə telefonla danışır.
Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin köməkçisi, Ağ Evin aparat rəhbərinin müavini Den Skavino məlumat verib.
Məlumata görə, Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib ki, Tramp Vaşinqtona uçuşu zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə “uzun söhbət” edib.
Son məlumata görə, Tramp hazırda NATO liderləri ilə telefon əlaqəsindədir.
Məhz bu səbəbdən prezidentin təyyarədən enməsi gecikir — o, telefon danışığını başa çatdırmaq üzrədir.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.